Paytaxtda hər gün yeni tikililər inşa edilir, göz oxşayan binalar şəhərə estetik gözəllik qatır. Amma təəssüf ki, bununla yanaşı tikintisi yarımçıq qalmış binalara da rast gəlinir.
Xezerxeber.az-ın məlumatına görə, Bakının hər rayonun ərazisində belə tikililərə rast gəlmək olar. Əmlak ekspertlərinin sözlərinə görə, çoxmərtəbəli yarımtikililərin sayı 200-dən çoxdur.
Əmlak eksperti Ramil Osmanlı bildirib ki, müflisləşmə, maliyyə çətinliyi, qanunsuz tikilmə və ya binanı inşa edən şəxsin həbsi tikilinin yarımçıq qalmasına səbəb ola bilər.
Onun sözlərinə görə, problemin həlli üçün müvafiq dövlət qurumlarının iştirakı ilə komissiya yaradılmalıdır. Binanın inşasında ciddi qanun pozuntusuna yol verilməyibsə, kooperativin digər payçılarının prosesə cəlb edilməsi ilə tikintinin başa çatdırılması mümkündür.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, müvafiq fərmana əsasən, tikinti və istismara icazələr 2018-ci ilin avqust ayından etibarən bu qurum tərəfindən verilir. İnşası yarımçıq qalan binalar da fərqli illərdə inşa edilmiş tikililərdir.
Konkret tikili və ya ünvan barədə müraciət edildiyi təqdirdə aidiyyəti qurumların rəyləri əsasında məsələyə yenidən baxıla bilər.
Ətraflı süjetdə:
Paytaxtda hər gün yeni tikililər inşa edilir, göz oxşayan binalar şəhərə estetik gözəllik qatır. Amma təəssüf ki, bununla yanaşı tikintisi yarımçıq qalmış binal...
Rəylər