Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. İt dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir.
Bunu Baku.ws-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.
O bildirib ki, azyaşlının müalicələri davam etdirilir.
Yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.
Rəylər