Bakının Binəqədi rayonunda yanğın baş verib.
Hadisə Biləcəri qəsəbəsində, Şamil Manafova məxsus fərdi yaşayış evində qeydə alınıb.
Onun keçmiş həyat yoldaşı Elza Balabəyova bildirib ki, yanğına ağcaqanad dərmanının yandırılması səbəb olub:
"Dərmanı yandırıb çölə çıxdıq ki, qoxusu bizi boğmasın. Sonra gördüm ki, bacadan tüstü çıxır. Hər şeyim yandı".
Məsələ ilə bağlı ekspertiza işləri aparılır.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın olub.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Həmin görüntüləri təqdim edirik:
Rəylər