Bu gündən bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, hərəkət sxemləri bərpa edilən xətt avtobusları bunlardır - 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.
Hərəkət sxemləri metronun "Ulduz" stansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil edilir.
Qeyd olunub ki, digər müntəzəm marşrutların fəaliyyətinin bərpa edilməsi prosesi də mərhələli şəkildə təmin olunacaq.
Xatırladaq ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 57 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib, 15 marşrut xəttinin fəaliyyəti dayandırılıb.
Bu gündən bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilib.
Əzizə İsmayılova
Rəylər