Xəzər çimərliyində batan şəxs sualtı idman növü ilə məşğul imiş.
Onun ən yaxın xilasetmə məntəqəsindən beş kilometr məsafədə, nəzarət olunmayan ərazidə batdığı bildirilir.
Daha ətraflı Baku TV-nin süjetində:
Xəzər çimərliyində batan şəxs sualtı idman növü ilə məşğul imiş.
Bakı şəhəri, Xəzər rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mikayıl Rəhim oğlu Mirzəyevin cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.
"Vətəndaş ən yaxın xilasetmə məntəqəsindən beş kilometr məsafədə nəzarət olunmayan ərazidə batıb", - məlumatda qeyd olunub.
Bakı şəhəri, Xəzər rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında dənizdə bir nəfər batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.