Sabunçu rayonu İkinci Zabrat qəsəbəsi Dilarə Əliyeva küçəsində kanalizasiya sisteminin yoxluğu sakinlərə əlavə problemlər yaradıb.
Əsasən, şambodan istifadə olunan qəsəbədə ətrafa yayılan üfunət iyinin əziyyəti bir yana, ərazidə ilanların, həşəratların sayı da artıb.
Sakinlərin sözlərinə görə, qrunt sularının dolması səbəbindən şamboları iki gündən bir boşaltmalı olurlar.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Baş Plana əsasən, bu ərazilərdə də kanalizasiya sisteminin qurulması nəzərdə tutulur.
Daha ətraflı "Real" TV-nin materialında:
Bakı qəsəbəsində şambo kabusu: "Hər həyətdən ilan çıxır"
Rəylər