Noyabr ayından etibarən Hepatit A virusuna yoluxanların sayı artıb. İndi də yoluxucu xəstəliklər şöbəsində bu diaqnozdan müalicə alanlar var.
Həkimlər deyirlər ki, virusun inkubasiya dövrü gizli gedir, buna görə də xəstəliyə yoluxma üç həftə sonra aşkarlanır.
Həkim Abbas Bağırov Baku TV-yə açıqlamasında bildirib ki, bu müddət ərzində adətən xəstələrdə mədə-bağırsaq sancıları, tərləmə, çəki verməsi, ümumi zəiflik və baş ağrıları kimi simptomlar müşahidə olunur. İnsanların bu virusa yoluxub-yoluxmamasını müəyyənləşdirmək üçün əsasən ifrazat sisteminin fəaliyyətini nəzərə alınır.
Həkim bildirib ki, xəstəliyə əsasən çirkli mühitdə, təmiz yuyulmamış qida məhsullarından, içməli sudan yayıla bilər. Eyni zamanda cinsi yolla da yoluxma mümkündür. Spesifik müalicəsi isə yoxdur. Ona görə də gigiyena qaydalarına ciddi əməl edilməlidir.
Noyabr ayından etibarən Hepatit A virusuna yoluxanların sayı artıb. İndi də yoluxucu xəstəliklər şöbəsində bu diaqnozdan müalicə alanlar var.Həkimlər deyirlər k...
Rəylər