"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişindaşımada ilk dəfə loyallıq proqramını həyata keçirməyi planlaşdırır.
Bunu "Report"a ADY-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, layihənin reallaşdırılmasına yaxın zamanlarda başlanılacaq:
"Aviadaşımalarda tətbiq olunan "Miles" proqramına uyğun olaraq qatarlarda gedişlərin sayına görə sərnişinlər bonuslar əldə edəcəklər".
R.Rüstəmov vurğulayıb ki, loyallıq proqramı ADY-nin mobil tətbiqinə əlavə ediləcək:
"Bununla yanaşı, mobil tətbiqə bir sıra yeni funksiyaların əlavə edilməsi gözlənilir".
Xatırladaq ki, ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.
Ölkədə dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında 4 milyon 524.2 min sərnişin daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20.5 % çoxdur.
ADY 2021-ci ildə 2.8 milyon, 2022-ci ildə 5.2 milyon, 2023-cü ildə isə 7.0 milyon sərnişin daşıyıb.
Rəylər