Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki qonağı aparıcı Arzu Kəlbi olub.
O, meyxanaçı Rəşad Dağlının törətdiyi qətldən sonra öldürülən şəxsin ailəsində apardığı çəkilişin birmənalı qarşılanmamasından danışıb:
“İclasda idim. Birdən mənə yazdılar ki, qətlə yetirilənin ailəsi sənə müsahibə vermək istəyir. Gedib çəkiliş etdim. Həmin gecə mənə çoxlu zənglər gəldi. İki gün çölə çıxa bilmədim. Məni ölümlə hədələdilər”.
Jurnalistin sözlərinə görə, həmin çəkilişdən sonra Orxan Lökbatanlı da aparıcıdan inciyib:
“Bir gün Orxan Lökbatanlıya zəng edəndə gördüm ki, məni bloka atıb”.
Daha ətraflı süjetdə:
Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.Verilişin budəfəki qonağı aparıcı Arzu Kəlbi olub.O, meyxanaçı Rəşad Dağlının törətdiyi...
Rəylər