Mayın 25-də Türkiyənin Ankara şəhərində, Prezident sarayında Azərbaycanın 28 May Müstəqillik Günü və 26 İyun Silahlı Qüvvələri Günü münasibətilə konsert proqramı keçirilib.
Oxu.Az xəbər verir ki, gecənin əsas sənətçiləri sırasında azərbaycanlı ifaçı Çinarə Məlikzadə də yer alıb.
O, vətənpərvərlik ruhunda olan ən məşhur mahnılarını ifa edib. Həmçinin tədbirdə Azərbaycan və Türkiyə tərəfindən bir çox rəsmi nümayəndələr iştirak ediblər.