Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı
Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında" fərmana dəyişiklik etməsi ilə təsdiqlənən müvafiq Fərmanda yer alıb.
Müvafiq fərmanla sözügedən idarənin Baş İdarə statusu ləğv edilib. Sözügedən qurum Ədliyyə Nazirliyinin İnsan resursları İdarəsi olaraq fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Kadrlar Baş İdarəsi ləğv edilərək yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Sözügedən idarənin rəisi vəzifəsinə ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu təyin olunub. General Rauf Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.
Əldə etdiyimiz məlumata görə, general Rauf Məhərrəmov yaxın günlərdə təqaüdə göndəriləcək.