Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk müəllimlər haqqında “əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir” deyib.
Bizə öyrədilən və gördüyümüz reallıq da odur ki, yaşadığımız cəmiyyət yaxşı və ya pis olmasından asılı olmayaraq, müəllimlərin əsəridir.
“Müqəddəs peşə sahibləri” dediyimiz müəllimlərə verilən dəyər və bu dəyərin meyarı cəmiyyətimizdə daim müzakirə olunub.
Xüsusilə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın müəllimlərə hədiyyə verilməsi əksər hallarda xoş qarşılanmır. Bu mövzuda cəmiyyət iki qismə bölünür: tənqid edənlər və normal qarşılayanlar. Təbii ki, tənqid edənlər daha çoxdur.
Bəs görəsən, sabiq təhsil nazirləri bu mövzuda nə düşünürlər?
Bizim.Media mövzu ilə bağlı sabiq təhsil nazirlərinin fikirlərini öyrənib.
Keçmiş təhsil naziri Firudin Cəlilov məsələyə belə yanaşıb:
“Müəllimlər iki qrupa bölünüb. Vicdanlı və acgöz müəllimlər. Müəllimlərə eyni baxış bucağından baxmaq olmur. Ümumən şagirdin müəllimə hədiyyə verməsi düz deyil. Bunu dövlət etməlidir. Məsələn, mükafat yazılmalıdır, həvəsləndirilməlidir. Müəllimin maaşı bütün məmurların maaşından üstün olmalıdır. Vaxtilə Atatürkdən də soruşublar ki, “məmurların maaşını necə yazaq?” O da deyib ki, “məmurların maaşı müəllimlərdən çox olmasın”.
Sabit təhsil naziri Misir Mərdanovun fikrincə, müəllimlər üçün pul yığılmalı deyil:
“Bir müəllim dərs dediyi sinfin şagirdlərinə özünü sevdirə bilibsə, valideynlərin də ona münasibəti müsbətdirsə, imkanı odluğu halda bayram günü bir dəstə gül verməsi qəbahət deyil. Nə olar, insan insanı təbrik edər də.
Yoxsa toplaşasan, pul yığasan, biri verə, digəri verməyə, bunun tərəfdarı deyiləm. Bir dəstə gül də ürəkdən gəlməlidir, məcbur yox. Son zamanlar məsələni elə həddə çatdırıblar ki, bəzi müəllimlər heç bir hədiyyəni qəbul etmirlər”.
Rəylər