Azərbaycanda 2023-cü ildə 73 816 abort qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
15-17 yaş üzrə 68, 18-19 yaş üzrə 2 528, 20-24 yaş üzrə 12 315, 25-29 yaş üzrə 22 140, 30-34 yaş üzrə 22 306, 35-49 yaş üzrə 14 376 abort faktı qeydə alınıb.
Həmçinin bildirilib ki, abortların ümumi sayında dərmanla aparılanların sayı 630, birinci hamiləliyin pozulması ilə nəticələnənlərin sayı isə 2 203 olub.
Rəylər