Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların taksi sürmə qadağası başlayıb
Rusiyada miqrantların taksi sürmə qadağası başlayıb. İlk addım Krasnoyarskda atılıb.
Oxu.Az-ın Lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Mixail Kotyukov fərman imzalayıb.
Qərara əsasən, miqrantlara taksi sürməklə yanaşı, siqaret satmaq da qadağan olunub.
Sənəd regionunun hökumət saytında yerləşdirilib və 2025-ci ilin mart ayından etibarən qüvvədə olacaq.
Kotyukov özünün "Telegram" kanalında bildirib ki, yerli işəgötürənlər əcnəbi işçilərin kənarlaşdırılmasına hazırdırlar.
"Krasnoyarsk vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi ilə birlikdə oxşar qərarların zəruri olduğu digər sahələri və fəaliyyət növlərini təhlil etməyə davam edirik", - deyə qubernator yazıb.
Sənədin məlumatlarına görə, taksi və ixtisaslaşdırılmış mağazalarda işləmək qadağası bütün əcnəbilərə deyil, yalnız patent əsasında işləyənlərə aid olacaq. Bunlar Rusiyaya giriş üçün viza tələb olunmayan, lakin işə qəbul zamanı digər sənədlər tələb olunan gəlmə vətəndaşlara verilir.
"Rusiyada işləyən azərbaycanlılar" teqi üzrə xəbərlər
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəbdə oxuması üçün tələblər sərtləşdirilir
- Rusiyaya işləməyə gedən azərbaycanlıların nəzərinə: Patent məsələsində dəyişikliklər olacaq
- Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
- Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantlarla bağlı qanun qəbul olundu
Rəylər