"Birol Akgün" teqi üzrə xəbərlər

Türkiyə mediasında yayılan məlumata görə, ölkənin XİN rəhbəri Hakan Fidan Azərbaycana yeni səfirin təyinatını açıqlayıb. Bildirilir ki, diplomatik missiyanın yeni rəhbəri əvvəllər Türkiyə Maarif Vəqfinin sədri olan Birol Akgün olub.

Professor Birol Akgün 1968-ci ildə Manisa vilayətinin Soma şəhərində anadan olub. O, Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1994-2000-ci illərdə Təhsil Nazirliyi adından rəsmi təqaüdlə tələbə olaraq "Case Western Reserve" Universitetində magistratura və doktoranturasını tamamlayıb. 2000-2011-ci illərdə Selcuk Universitetində, 2011-2014-cü illərdə isə Necmeddin Erbakan Universitetində işləyib. Hazırda Ankara Yıldırım Beyazıt Universiteti siyasi elmlər fakültəsi beynəlxalq münasibətlər kafedrasının müdiridir.

Bir çox inzibati vəzifələr tutan Birol Akgünün ixtisas sahələri müqayisəli siyasət, beynəlxalq münasibətlər, xarici siyasət və beynəlxalq təşkilatlardır.

Siyasət sosiologiyası, diaspor və miqrasiya siyasəti, inkişaf etməkdə olan ölkələr, qlobal miqrasiya axını və yüksələn güclər, beynəlxalq təşkilatlar və Türkiyə mövzularında çoxsaylı akademik nəşrləri var, "11 Sentyabr, dəyişən dünya tarazlığı və Türkiyə" adlı əsəri ilə "Milliyyet 2002 Sosial Elmlər Birincilik Mükafatı"nı qazanıb.

Birol Akgün evlidir və iki övladı var.

Əsərləri

"21. Yüzyılın Eşiğinde Türk Dış Politikası" (2001), "Türkiyede Seçmen Davranışı-Partiler Sistemi ve Siyasal Güven "(2002), "Küresel Sistemde Siyaset Yönetim ve Ekonomi" (2002), "Modern Türkiyede Siyasi Düşünce: Milliyetçilik" (2002), "Terörün Görüntüleri - Görüntülerin Terörü" (2004), "Modern Türkiyede Siyasi Düşünce: İslamcılık" (2004), "11 Eylül Sonrasında Dünya", "ABD ve Türkiye" (2006), "Cumhuriyetten İmparatorluğa - Amerikan Başkanlığı" (Şaban Tanıyıcı ile, 2008), "Uluslararası Örgütler ve Türkiye" (Şaban H.Çalış ve Önder Kutlu ile, 2006).

Ən çox axtarılanlar