Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şuşaya qayıdan sakin: "Cıdır düzünü, İsa bulağını taqətdən düşənə qədər gəzəcəyəm"
"Şuşaya gedən kimi uşaqlığımın, gəncliyimin keçdiyi o yerləri, küçələri, Cıdır düzünü, İsa bulağını taqətdən düşənə qədər gəzəcəyəm".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Rafiq İmran oğlu Hüseynov deyib.
O qeyd edib ki, 32 yaşında tərk etdiyi doğma yurduna 64 yaşında qayıdır:
"Bakıda, Nizami rayonunda köçkünlük həyatı yaşamışam. Köçkünlük dönəmində həmişə ürəyimiz yaralı olub, həmişə nisgilli olmuşuq, yurd həsrəti çəkmişik. Bu gün isə nəinki üzümüz gülür, ruhumuz da sevinir. Bir neçə saatdan sonra öz doğma yurdumuza ömürlük qovuşacağıq.
Şuşada avtobus sürücüsü işləmişəm. Şuşanın bütün küçələrini əzbər bilirəm, hər küçəsi mənə doğmadır.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 16 ailə (60 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Şuşa şəhərində ümumilikdə 220 ailənin (823 nəfərin) məskunlaşması təmin edilib.
Aytac Qasımova
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının yeni drayveri kimi: "Böyük Qayıdış"
- Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub
- Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"