"İqlim dəyişikliyi ilə mübarizədə kosmik texnologiyaların əhəmiyyəti böyükdür. İqlim dəyişikliyi ilə mübarizədə toplanan məlumatların 60 faizi kosmosdan və peyklərdən əldə olunur".
Oxu.Az xəbər verir ki, bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sammitdə 30-dan çox ölkənin kosmik agentliklərinin və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər:
"Bakı sammitində biz bir bəyannamə imzaladıq. Bizim bəyanatın mahiyyəti odur ki, müxtəlif ölkələrin kosmik strategiyalarını vahid platformaya salaq. Həmçinin dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin, kataklizmlərin qarşısını birgə alaq".
Məhərrəm Əliyev