Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya XİN: "Xankəndi Azərbaycanın ərazisidir"
"Xankəndi Azərbaycanın ərazisidir".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Belə ki, Rusiya diplomatik idarəsinin mətbuat katibi erməni jurnalistin təxribat xarakterli sualını cavablandırıb.
"Başa düşdüyüm qədər, burada söhbət Azərbaycanın ərazisindən gedir. Orada bu ölkənin qanunları işləyir. Bu birincisi. İkincisi isə, burada söhbət mədəniyyət abidələrindən gedirsə, bu cür məsələlərlə məşğul olan təşkilatlar var, onlara müraciət etmək olar. Ölkələrlə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edən UNESCO var. Bu məsələ bizə ünvanlandırılmalı deyil", - deyə Zaxarova vurğulayıb.
Mariya Zaxarova erməni jurnalistin Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş ermənilərin geri qayıtması ilə bağlı sualını cavablandırarkən bildirib ki, Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası üçün bütün imkanları təmin edib.
"Biz dəfələrlə Bakının konstruktiv addımlarını vurğulamışıq ki, bu, əhalinin geri qayıtmasına yönəlib. Qayıtmaq imkanı var idi və indi də var. Sadəcə bu imkandan yararlanmaq lazımdır. Rəsmi İrəvan insanların geri qayıtmasını asanlaşdırmaq üçün nəsə edib?" - o bildirib.
"Rusiya XİN" teqi üzrə xəbərlər
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı
- Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb
- Lavrov: "Qərbdən fərqli olaraq, Rusiya Bakı və İrəvanı tələsik sülh sazişinə sövq etmir"
- Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı