"Şimal-Cənub marşrutu ilə yüklərin çatdırılması Sankt-Peterburqdan Fars körfəzi ölkələrinə daşıma müddətini 10 gün azaldacaq".
Bu fikri iyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.
"Şimal-Cənub marşrutuna gəlincə, o, çox yaxşı və tələb olunan beynəlxalq dəhlizə çevrilə bilər. Buradan yüklər birbaşa Sankt-Peterburq limanından Rusiyanın bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və Fars körfəzi sahillərinə çıxacaq. Bu, Süveyş kanalından demək olar ki, 10 gün tezdir", - deyə o bildirib.
"Şimal-Cənub marşrutu ilə yüklərin çatdırılması Sankt-Peterburqdan Fars körfəzi ölkələrinə daşıma müddətini 10 gün azaldacaq".
Mənbə: TASS