Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezident seçkilərinin nəticələri açıqlandı – YENİLƏNİB
Aprelin 11-də keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib.
Oxu.Az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.
01:23
Bu gün keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201 seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.
Oxu.Az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.
Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04 faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.
23:05
Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, MSK sədrinin sözlərinə görə, seçkinin ilkin nəticələri aşağıdakı kimidir:
İlham Əliyev – 86,09 faiz
Qüdrət Həsənquliyev – 3,4 faiz
Sərdar Cəlaloğlu – 2,97 faiz
Zahid Oruc – 3, 07 faiz
Hafiz Hacıyev – 1,51 faiz
Araz Əlizadə – 1,4 faiz
Fərəc Quliyev – 1,18 faiz
Razi Nurullayev – 0, 74 faiz