Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident: "Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri yaxınlarda bitəcək"
"Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib.
Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib:
"Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları dörd giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Nazirlər Kabinetinin səlahiyyətləri artırıldı
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət istiqamətləri genişləndirildi
- Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi
- Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib
- İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib