Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Prezident İlham Əliyev Qana prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirak etdiyinə görə Nana Addo Dankua Akufo-Addoya minnətdarlığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qana Prezidentinin ölkəmizə bu səfəri əlaqələrimizin perspektivlərinin və əməkdaşlığımızın mümkün istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradır.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Nana Addo Dankua Akufo-Addo bu tədbirə dəvətə görə minnətdarlığını bildirib və onun yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla vurğulayıb.
Qana Prezidenti qeyd edib ki, dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu və dolğun çıxışı dərin təəssürat yaradıb.
Qonaq bu tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin inciləri ilə də tanış olmaq imkanı əldə etdiyini bildirib.
Söhbət zamanı Azərbaycan ilə Qana arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub, iqtisadiyyat, biznes əlaqələri, sərmayə qoyuluşu, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Münasibətlərimizi, o cümlədən iqtisadi əlaqələri inkişaf etdirmək üçün müxtəlif sahələri əhatə edən nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Görüşdə elm və təhsil sahəsində əməkdaşlığa toxunularaq, Qanadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları və bu təhsildən çox məmnun qaldıqları bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Nazirlər Kabinetinin səlahiyyətləri artırıldı
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət istiqamətləri genişləndirildi
- Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi
- Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib
- İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib