Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Milli Qəhrəman Natiq Qasımovun adı məktəbə verildi
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Sənədə əsasən, Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, bu Qərar Azərbaycan Prezidentinin 2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə verilib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədov İrakli Kobaxidzeni təbrik edib
- Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi
- Əli Əsədov bəzi qurumlarla bağlı qərar imzaladı
- Əli Əsədov Milli Məclisə gəldi: 2025-ci ilin büdcəsi müzakirə olunacaq
- Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasında dəyişiklik edildi
Ən çox oxunanlar