Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Keçmiş məcburi köçkün: "32 yaşında çıxdığım Laçına indi nəvələrimlə qayıdıram"
"Laçına ailəmlə, övladımla qayıdıram".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Əkbər Museyib oğlu Kərimov deyib.
O qeyd edib ki, Laçında ilk işi doğmalarının məzarını ziyarət etmək olacaq:
"Bu günü biz illərlə arzulamışıq, xəyal etmişik. Bu gün bizim arzularımızın, xəyallarımızım çin olduğu gündür.
Ailəmlə Laçına qayıdıram. 32 yaşında çıxdığım yurduma 64 yaşında nəvələrimlə qayıdıram. Allah bütün məcburi köçkünlərimizə öz yurdlarına qovuşmağı nəsib eləsin.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınıb. Bu mərhələdə daha 18 ailə (60 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 552 ailənin (2031 nəfərin) daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının yeni drayveri kimi: "Böyük Qayıdış"
- Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub
- Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"