Ermənistan hökuməti Geğarkunik bölgəsindəki mövqelərin Azərbaycana təhvil verilməsi planları ilə bağlı yayılan məlumatları təkzib edib.
Bu barədə Ermənistan Nazirlər Kabineti "Armenpress"in sorğusunu cavablandırıb.
Qeyd edək ki, "Hraparak" nəşri İrəvanın Bakıya Vaan kəndi istiqamətində yerləşən ümumilikdə 12 mövqenin verilməsini vəd edəcəyi barədə xəbər yayıb.
Rəsmi İrəvan bu məlumatı bütünlüklə və tamamilə yalan adlandırıb.