Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Denis Beçiroviç dövlətimizin başçısına göndərdiyi təbrik məktubunda ölkələrimiz arasında münasibətlərin uzun illərdir səmimilik və dostluq xarakteri daşıyan yaxşı əməkdaşlıqla yadda qaldığını vurğulayıb. O, əmin olduğunu qeyd edib ki, qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli münasibətlər bundan sonra da dostluq ruhunda inkişaf edəcək.
Rəyasət Heyətinin üzvü ölkələrimizin və xalqlarımızın rifahı naminə tərəfdaşlığın qorunub saxlanılmasına və genişləndirilməsinə sadiqliyini ifadə edərək Prezident İlham Əliyev ilə yeni görüşləri və əməkdaşlığımızın davamını səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.
***
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri, əziz qardaşım.
Sizin seçkidəki uğurunuz və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz Sizə ən xoş arzularımı və ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl fürsətdir. Bu fürsətdən istifadə edərək Sizə Albaniya hökuməti adından və şəxsən öz adımdan aramızdakı yüksək səviyyəli dialoqa və iqtisadiyyatlarımız üçün, xüsusilə enerji və turizm kimi əhəmiyyətli sahələrdə əməkdaşlığa görə minnətdarlığımı bildirirəm.
Qəti şəkildə inanıram ki, Sizin yeni prezidentlik mandatınız dost ölkələrimiz arasındakı münasibətlərə yeni təkan olacaq. Həmçinin Albaniya Respublikasının tezliklə Bakıda səfirliyinin açılması aramızdakı kommunikasiyanın daha da sürətlənməsinə töhfə verəcək.
Bir daha ən xoş arzularımı çatdırıram. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
23:01
Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə seçkidə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda dövlətimizin başçısına yeni uğurlar, ölkəmizə davamlı rifah diləyən Prezident Gitanas Nauseda qeyd edib: “Qəti əminəm ki, Sizin prezidentliyinizin yeni dövründə də Litva ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri, uğurlu ikitərəfli və çoxtərəfli tərəfdaşlıq daha da inkişaf etdiriləcək”.
Prezident Gitanas Nauseda ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, xüsusilə iqtisadiyyat, informasiya texnologiyaları və bərpaolunan enerji sahələrində ikitərəfli təmasların inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Prezident İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə bir daha təbrik edən Litva dövlətinin başçısı yeni mandatın regionda dayanıqlı sülhün qurulması üçün möhkəm təməl olduğunu qeyd edib.
20:09
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Seçkidə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu.
Hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi bizim ölkəmizdə yüksək qiymətləndirirlər.
Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm.
Sizə möhkəm cansağlığı, qardaş Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.
***
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Prezident seçkisində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan, vətəndaşlarınız və ölkəniz üçün faydalı işlərdə uğurlar arzulamaqdan məmnunluq duyuram.
Azərbaycan xalqının Sizə göstərdiyi etimad əvvəlki dövrdə görülən müsbət və məsuliyyətli işin, ölkənizin tərəqqisinin, sabitliyinin və firavanlığının gələcəkdə də davam etməsi istəyinin təsdiqidir.
Əminəm ki, mandatınız çərçivəsində Bosniya və Herseqovina, Serb Respublikası və Azərbaycan Respublikası arasında mehriban münasibətlər bundan sonra da dostluq şəraitində inkişaf edəcək, əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə daha da yaxşı və səmərəli olacaqdır.
Zati-aliləri, Sizi seçkidə qələbəniz münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.
19:39
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Cənab Prezident, əziz dostum.
İcazə verin, ölkənizdə keçirilən prezident seçkisində tarixi qələbəniz və aşkar zəfəriniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Bu, siyasi, iqtisadi daxil olmaqla Sizin hər bir strategiyanızın doğru olduğunu təsdiq edən parlaq qələbədir. Azərbaycan Respublikasını möhkəm addımlarla sabit və firavan gələcəyə aparmaqda xalqınızın Sizə və Sizin müdrikliyinizə inamı və etimadı vardır.
Cənab Prezident, seçicilərin bu qərarı təkcə Azərbaycan və onun xalqı üçün deyil, habelə bütün regionda və dünyada sülh uçun önəmlidir.
Biz Serb Respublikasında Azərbaycandakı seçki kampaniyasını və seçkinin nəticələrini diqqətlə izlədik və mən birmənalı olaraq dəstəyimi və Sizin qalib gələcəyinizə dair ümidimi açıq şəkildə ifadə etdim.
Zati-aliləri, Azərbaycan Respublikasının möhtərəm Prezidenti, fürsətdən istifadə edərək Sizi növbəti yeddi illik prezidentlik müddətiniz münasibətilə bir daha təbrik edirəm.
Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı, dost Azərbaycan xalqına rifah, firavanlıq və inkişaf arzulayıram”.
19:29
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram.
Ümidvaram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri bundan sonra da ölkələrimizin əməkdaşlığının inkişafı üçün əsas təşkil edəcək.
Dövlətlərimiz arasında siyasi dialoqun konstruktiv xarakterini vurğulamaq və ölkəmin ikitərəfli münasibətlərin dərinləşməsinə açıq olduğunu təsdiqləmək istərdim. Əminəm ki, biz birgə səylərlə ölkələrimizin vətəndaşlarının mənafeyi naminə iqtisadi-ticari, investisiya, enerji və kənd təsərrüfatı sahələrində Moldova-Azərbaycan əməkdaşlığını daha da intensivləşdirə biləcəyik.
Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar və nailiyyətlər arzulayır, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
18:50
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.
President.az xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının Katibliyi adından Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirik.
Prezident seçkisində inamlı qələbəniz vətəndaşların Sizə yüksək etimadının və Azərbaycan xalqının yekdil dəstəyinin parlaq sübutudur.
İnanırıq ki, Sizin fəaliyyətiniz gələcəkdə də əmin-amanlığa və Azərbaycanın tərəqqisinə, bütün dünyada nüfuzunun möhkəmlənməsinə kömək edəcəkdir.
Sizə - görkəmli dövlət xadiminə möhkəm cansağlığı və bu məsuliyyətli vəzifədə yeni məhsuldar fəaliyyət arzulayırıq”.
17:51
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Seçkidə qazandığınız qələbə və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkinin nəticələri Azərbaycan xalqının Zati-alinizin liderliyinə, eləcə də birliyi, tərəqqini və sülhü möhkəmləndirmək qətiyyətinə davamlı dəstəyini və inamını nümayiş etdirdi.
Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı hökumətin irəli sürdüyü müxtəlif təşəbbüslərdə, o cümlədən “Bakı Prosesi”ndə Azərbaycanın uzunmüddətli tərəfdaşı olmaqda davam edir. UNAOC 2024-cü ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq İşçi Qrupunun üzvüdür. Komandamız artıq proqram üzrə əsas məsləhətləşmələrə başlayıb və 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNAOC-u şəxsən təmsil etməyi, müzakirələrə qatılmağı və uğurlu nəticələr əldə olunmasına töhfə verməyi səbirsizliklə gözləyirəm.
UNAOC Xarici İşlər, Mədəniyyət nazirlikləri və Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyi ilə sıx əlaqədə işləyərək əməkdaşlığın və Azərbaycan hökuməti ilə birgə fəaliyyətin daha da möhkəmləndirilməsinə sadiq olduğunu bildirir.
Bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm”.
16:39
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikası Prezidenti seçkisində qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu seçkinin yekunları Sizin ölkə vətəndaşları arasında danılmaz nüfuzunuzu, onların rəhbərliyinizlə fəal çalışmağa və strateji sosial-iqtisadi vəzifələri həll etməyə hazır olduqlarını göstərdi. Vətəndaşlarınız Sizə dövlətin taleyini və öz gələcəklərini etibar ediblər. Bu, hazırkı qlobal qeyri-sabitlik şəraitində xüsusilə qiymətlidir və Sizin güclü, təcrübəli dövlət xadimi, uzaqgörən, istedadlı siyasətçi kimi möhkəm nüfuzunuzun parlaq təsdiqidir. Sizə səmimi-qəlbdən böyük nailiyyətlər və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişafı üzrə bütün strateji məqsədlərə nail olmağı, xalqınızın rifahı naminə davamlı fəal işinizdə enerji və ruh yüksəkliyi arzulayıram.
Ümidvaram ki, bizim birgə səylərimiz sayəsində Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan ilə Azərbaycan arasında ənənəvi qarşılıqlı faydalı əməkdaşlığın çoxtərəfli potensialı gələcəkdə də məhsuldar şəkildə həyata keçiriləcək. Əminəm ki, qardaş xalqlarımız arasında çoxplanlı sıx əlaqələr ümumilikdə sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə olan mühüm töhfədir.
Sizə möhkəm cansağlığı, uğurlar və səadət diləyirəm”.
15:13
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi (BNA) məlumat yayıb.
Məlumatda bildirilib ki, Kral Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə Azərbaycan xalqının tərəqqi və firavanlıq arzularının reallaşması istiqamətində vəzifəsində davamlı uğurlar arzulayıb.
15:11
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Bakıdan Moskvaya qayıdarkən Sizi Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə bir daha səmimi-qəlbdən təbrik etmək istədim.
MDB müşahidəçiləri missiyasının rəhbəri kimi növbəti dəfə ölkənizin vətəndaşlarının böyük əksəriyyətinin Sizə yüksək etimadının şahidi oldum.
Qəti əminəm ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də Azərbaycan Respublikasının ardıcıl inkişafına, onun beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin dərinləşməsinə kömək edəcəkdir.
Fürsətdən istifadə edərək seçki kampaniyasına hazırlıq və seçkinin keçirilməsinin bütün mərhələlərində səmərəli monitorinqi həyata keçirməyə imkan verən MDB müşahidə missiyasının fəaliyyəti üçün yaradılan əlverişli şəraitə görə minnətdarlığımı bildirirəm.
Prezident seçkisində qələbəniz münasibətilə səmimi təbrik sözlərimə Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləklərimi əlavə etmək istəyirəm”.
14:57
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkisində parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi, qardaş Azərbaycan xalqına sülh və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi önəm daşıyan bu seçki Azərbaycan xalqının dəyərlərə bağlılığını, cəsarətini və müdrikliyini bir daha nümayiş etdirdi.
Zati-alinizə nailiyyətlər arzulayır, Uca Allahdan seçkinin nəticələrinin Azərbaycan xalqı və bütün Türk dünyası üçün xeyirli olmasını diləyirəm”.
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinski də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.
Sizin fəaliyyətiniz və səyləriniz seçicilər tərəfindən layiqincə qiymətləndirildi. Siz ölkənin və onun vətəndaşlarının rifahı, əmin-amanlığı naminə fəaliyyət göstərən əsl Lidersiniz.
Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar arzulayıram”.
Eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Sizi 2024-cü il fevralın 8-də Azərbaycanda keçirilən prezident seçkisində parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz müstəqil Azərbaycan Respublikasının tarixinə yeni səhifə yazaraq ölkəmizin bütün ərazisində keçirilən seçkidə ilk Prezidenti oldunuz. Torpaqlarımızın azad olunması, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa edilməsi məhz Sizin rəhbərliyinizlə həyata keçdi və bütün bunlar Sizin adınızla bağlıdır. Sizin rəhbərliyinizlə müasir ordu quruldu, ölkəmizin iqtisadiyyatı bölgədə aparıcı iqtisadiyyata çevrildi və Azərbaycan lider dövlətlər sırasına daxil oldu.
Bu qələbəni Siz qalib Prezident kimi qazandınız. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan yeni uğurlara nail olacaq, dərin tarixi və zəngin mədəniyyəti olan ölkəmizin dünyada nüfuzu daha da artacaqdır.
Möhtərəm cənab Prezident, Sizi bir daha parlaq qələbə münasibətilə təbrik edir, möhkəm cansağlığı və ölkəmizi yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram”.
14:43
Fevralın 9-da ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
President.az xəbər verir ki, ICESCO-nun Baş direktoru dövlətimizin başçısına prezident seçkisində qələbə qazanması ilə bağlı təbriklərini və xoş arzularını çatdırıb, ona Azərbaycanın tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni bir daha yüksək qiymətləndirib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla ICESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
14:27
Fevralın 9-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AZƏRTAC xəbər verir ki, İrakli Kobaxidze İlham Əliyevi prezident seçkisində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə təbrik edib.AZƏRTAC x...
14:21
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Növbəti müddətə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə həvalə olunmuş ali vəzifənizin icrasında, ölkənizi və xalqınızı məqsəd və arzularına doğru aparmağınızda davamlı müvəffəqiyyətlər arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizdən qürur duyduğumu, ölkələrimizin və xalqlarımızın rifahı naminə onu gücləndirmək və inkişaf etdirmək üçün birgə işimizi davam etdirmək niyyətində olduğumu və Fələstinin haqq işi ilə bağlı mövqeyinizə görə minnətdarlığımı bildirirəm.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizin və xalqınızın tərəqqisi və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.
14:04
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Emarat Al Youm” qəzeti məlumat yayıb.
“Prezident İlham Əliyevi son prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Ölkələrimizin və xalqlarımızın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - məlumatda qeyd edilib.
13:15
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Xahiş edirəm, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu, Prezident olaraq Sizin ötən illər ərzində Azərbaycan xalqı və dövləti üçün göstərdiyiniz xidmətdə qazandığınız uğurun sübutudur. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da hərtərəfli inkişaf etməkdə davam edəcəkdir.
Bu fürsətdən istifadə edərək fəal və konstruktiv ikitərəfli dialoqdan məmnunluğumu ifadə edir, həmçinin ölkələrimiz arasında uğurlu strateji tərəfdaşlığın gələcəkdə daha da inkişaf edərək dərinləşəcəyinə əminliyimi bildirirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasını daha da inkişaf etdirmək, dost Azərbaycan xalqının rifahını yüksəltmək naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
12:27
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.
Bu qələbə Azərbaycan xalqının Sizə, siyasi sabitlik və sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirdiyiniz kursa olan sonsuz etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dünyada ən mütərəqqi dövlətlərdən birinə çevrilib.
İcazə verin, Sizə yeni-yeni uğurlar və Azərbaycan Respublikasının inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayım”.
Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha da Prezident İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan möhkəm əlaqələri qeyd etməkdən məmnunam. Sizi əmin etmək istəyirəm ki, bu əlaqələri qarşılıqlı faydamız naminə genişləndirməkdə qətiyyətliyəm.
Mən qadir Allaha dua edirəm ki, qüdrətli ölkənizin inkişafı üçün göstərdiyiniz nəcib səylərinizdə Zati-alinizə uğurlar bəxş etsin.
Cənab Prezident, xahiş edirəm Sizə ən yüksək ehtiramımı qəbul edin”.
ATƏT-in Baş katibi Helqa Maria Şmid də eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim.
Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm.
Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram.
Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
12:02
Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Klaudio Kajado Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Seçkinin demokratik, qanuni şəkildə keçirildiyini beynəlxalq müşahidəçilər, o cümlədən səsvermə prosesini izləyən Braziliya Federal Senatından iki həmkarım da təsdiq etdi. Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkənin tərəqqisinin, iqtisadi və sosial inkişafının, müxtəlif sahələrdə qazanılan uğurların davamlı olacağına inanıram.
Braziliya Federal Konqresində parlamentlərarası dostluq qrupunun həmsədri olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin dərinləşməsi üçün səylərimi əsirgəməyəcəm”.
10:57
Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Sizi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində parlaq qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu böyük zəfər təkcə bir seçkinin nəticəsi deyil. Bu, eyni zamanda ölkənizin demokratiyanın inkişafında mühüm uğurlarını və xalqınızın Sizə etimadını aşkar surətdə nümayiş etdirdi. Seçkinin nəticəsi həm də Azərbaycan xalqının Sizin liderliyiniz ətrafında sıx birləşdiyini və parlaq gələcək üçün inamla irəlilədiyini göstərdi. Bu qələbə Azərbaycanın milli birliyini gücləndirməklə yanaşı, ölkənizin beynəlxalq aləmdəki rolunu daha da artıracaqdır.
Möhtərəm cənab Prezident, Siz hər zaman ölkənizin sabitliyi və inkişafı naminə çalışaraq öz qətiyyətinizlə fərqlənmisiniz. Seçkidəki mühüm qələbəniz münasibətilə Sizi Dünya Axıska Türkləri Birliyi və Azərbaycanda yaşayan yüz min axıska türkü adından ən səmimi hisslərimlə təbrik edir, prezidentliyinizin yeni dövründə Sizə böyük nailiyyətlər, Azərbaycana rifah dolu gələcək arzulayıram”.
Bundan başqa, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul da Prezident İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda deyilir:
“Bütün qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirirəm və ölkənizin müstəqilliyi dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilən prezident seçkisində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqı tərəfindən Sizə göstərilən bu etimad yüksək peşəkarlığınızın və şəxsi keyfiyyətlərinizin, eləcə də ölkə əhalisi arasında qeyd-şərtsiz nüfuzunuzun təsdiqidir.
Uzun illər ərzində Siz özünüzü Azərbaycan xalqının mədəniyyətini və tarixini, milli maraqlarını qoruyub saxlayaraq, sosial-iqtisadi inkişafı təmin edərək ölkəni mütərəqqi inkişaf yolu ilə irəliyə aparan alicənab və müdrik lider kimi göstərmisiniz. Sizin səyləriniz nəticəsində bu gün Azərbaycan ən inkişaf etmiş ölkələrdən biridir və onun beynəlxalq miqyasda nüfuzu ildən-ilə artır.
Qardaş xalqlarımız arasında münasibətləri yüksək qiymətləndiririk və Qaqauziya Muxtariyyətinə diqqətinizə görə Sizə minnətdarıq. İnanırıq ki, gələcək əməkdaşlığımız müxtəlif birgə layihələrdə öz əksini tapacaq.
Çox hörmətli cənab Prezident, Sizə dərin hörmətimi bildirirəm, möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzu edirəm. Biz Sizi Qaqauz torpağında görməyə həmişə şad olacağıq.
Sizə və bütün Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm”.
10:04
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkisində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.
Seçkidə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.
Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram.
Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.
TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.
Bundan başqa, 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçal da Prezident İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Mən Rumıniyanın Baş nazirinin strateji tərəfdaşlıqlar və xüsusi əlaqələr üzrə müavini vəzifəsində çalışarkən ölkələrimiz arasında güclü strateji tərəfdaşlığın şahidi olmuşam. Sizin liderliyiniz bu münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayıb və əminəm ki, əlaqələrimiz yeni dövrdə də inkişaf etməkdə davam edəcəkdir.
Seçkidəki qələbəniz Azərbaycan xalqının Sizin strategiya və liderliyinizə olan inam və etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, beynəlxalq münasibətlər sahələrində mühüm nailiyyətlər əldə etmiş, vətəndaşların firavanlığı daha da yüksəlmiş, ölkənin ərazi bütövlüyü bərpa edilmiş və dünyada nüfuzu artmışdır. Bu nailiyyətlər Sizin ölkənizin tərəqqisinə sadiqliyinizi nümayiş etdirməklə yanaşı, Rumıniya ilə Azərbaycan arasında ortaq əməkdaşlıq ruhuna mühüm töhfə verir.
Gələcəyə baxarkən mən Sizin liderliyinizlə ölkələrimiz arasındakı əməkdaşlıq imkanları barədə nikbin düşünürəm. Rumıniya-Azərbaycan strateji tərəfdaşlığı regionlarımızda sabitlik, tərəqqi və sülh üçün möhkəm zəmindir. Ortaq strateji layihələrimizi daha da inkişaf etdirmək üçün Sizinlə sıx işləməkdə davam etməyə ümidvaram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.