"Cənubi Qafqazda 30 illik münaqişədən sonra sülh və sabitliyə gedən yolun qapısı açılıb".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə (Qırğızıstan) keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı bəyan edib.
"Azərbaycanın şəhidlər verərək əldə etdiyi tarixi nailiyyətlərin sülh müqaviləsinin imzalanması ilə masada da möhkəmlənməsini ümid və arzu edirik", - deyə o vurğulayıb.