Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Növbədənkənar parlament seçkisi: İki milyondan çox seçici səsvermə hüququndan istifadə edib
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
O qeyd edib ki, 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. 5 895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.
Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçki keçirilib.
Parlament seçkisi üçün sentyabrın 1-i səhər saat 8:00-da açılan seçki məntəqələri 19:00-da bağlanıb. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar səsvermə başa çatıb.
Oxu.Az xəbər verir ki, seçki ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.
Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb.
Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
"Bu saata kimi seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib".
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 2 172 087 nəfərdir.
Qeyd edək ki, seçki saat 19:00-da yekunlaşacaq.
Əzizə İsmayılova
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
"Bu saata kimi seçicilərin 29,43 faizi səsvermə hüququndan istifadə edib".
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 1 893 555 nəfərdir.
Qeyd edək ki, bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə parlament seçkisi keçirilir.
Seçki saat 19:00-da yekunlaşacaq.
Əzizə İsmayılova
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
"İndiyədək seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında
bildirib.
Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 1309522 nəfərdir.
Qeyd edək ki, bu gün Azərbaycanda ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa ediləndən sonra ilk parlament seçkisi keçirilir.
Parlamentdə mövcud 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Seçki saat 08:00-da başlayıb və saat 19:00-a qədər davam edəcək.
Əzizə İsmayılova
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
İndiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.
125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Seçki saat 08:00-da başlayıb və saat 19:00-a qədər davam edəcək.
Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Əzizə İsmayılova
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.
Oxu.Az xəbər verir ki, 125 deputat mandatı uğrunda 990 namizədin mübarizə apardığı seçkidə saat 08:00-da səsvermə başlayıb və saat 19:00-a qədər davam edəcək.
Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Növbədənkənar parlament seçkisinin Oxu.Az-ın obyektivinə tuş gələn maraqlı məqamları.🇦🇿Növbədənkənar parlament seçkisinin Oxu.Az-ın obyektivinə tuş gələn maraqlı məqamları. #parlamentseçkisi2024 #MSK #MilliMəclis
Posted by Oxu.az on Sunday, September 1, 2024
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.
Oxu.Az xəbər verir ki, seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Seçki marafonunda mübarizə aparan namizədlərin faiz nisbəti ilə yaş qruplarına bölgüsü aşağıdakı kimidir:
18-39 yaş - 39,4%
40-59 yaş - 43%
60 yaş və yuxarı - 17,6%.
Gender bölgüsünə əsasən isə namizədlərin faiz nisbəti ilə say bölgüsü belədir:
Qadın - 26,4%
Kişi - 73,6%.
990 namizədin 308 nəfəri 25 siyasi partiyanın nümayəndələridir.
Bununla yanaşı, Milli Məclisə seçkidə ölkə üzrə 6 477 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən 6 343-ü daimi, 134-ü isə müvəqqətidir. Bu məntəqələrdən 54-ü işğaldan azad edilən ərazilərdədir. Həmçinin, həmin ərazilərdə 42 mindən çox seçici var. Ümumilikdə isə Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var.
Onu da qeyd edək ki, 1 000 məntəqədə veb-kameralar quraşdırılıb və bu, ölkənin bütün coğrafiyasını əhatə edir. Bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq.
Seçkini 112 min 749 yerli, 604 nəfər isə beynəlxalq müşahidəçi izləyəcək.