"ABŞ Azərbaycanla Ermənistanı sülh razılaşmasını qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir".
Bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenin köməkçisi Ceyms Obrayn "Azadlıq radiosu"na açıqlamasında deyib.
O bildirib ki, Vaşinqton region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləyir:
"Hansı rolu oynayıb-oynamayacağımıza hər iki tərəf qərar verir. Biz regionda super güc olmaq iddiasında deyilik. Sadəcə region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləmək üçün buradayıq. İndiki mərhələdə tərəflər bir-biri ilə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdırlar".