Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı Təşəbbüs Qrupu və Boneyr QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanıb
Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanıb.
"Report" xəbər verir ki, sənədlər BTQ-nin icraçı direktoru Abbas Abbasov, Boneyrin insan hüquqları fəalı, hüquq müdafiəçisi, "Pueblo Progresivo Uni"nin siyasi lideri Ceyms Fins, Boneyr İnsan Hüquqları Cəmiyyətinin prezidenti Davika Jasmin Bissesar tərəfindən imzalanıb.
Qeyd edək ki, avqustun 22-də Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfrans keçirilib. Niderlandın müstəmləkəçiliyi altında olan Boneyr adasına həsr olunmuş bu beynəlxalq konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Boneyr xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Yüksəksəviyyəli iştirakçılar sırasında Sent-Vinsent və Qrenadin Hökumətinin xüsusi nümayəndəsi, Belizin BMT-dəki (Nyu-York) daimi nümayəndəsi, UNICEF-in gənclərlə iş üzrə vəkili, "Karib Hövzəsi Ölkələri Birliyi" beynəlxalq təşkilatının gənclərlə iş üzrə səfiri və BMT-nin Afrika xalqlarının Daimi Forumunun sədri də yer alıb.
Sözügedən tədbir Boneyr xalqının gələcək tarixi üçün çox mühüm bir hadisə ərəfəsində keçirilib. Belə ki, tədbirdən bir neçə həftə sonra Boneyr adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi planlaşdırılır. Konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsi olub.
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- BTQ COP29 çərçivəsində müstəmləkəçiliyin uzunmüddətli ekoloji nəticələrinə dair yan tədbir keçirib
- COP29: Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı etiraz aksiyası keçirilib
- Beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasəti ifşa olunaraq pislənilib
- Bakı Təşəbbüs Qrupu Fransanın insan hüquqları pozuntularına dair mətbuat konfransı keçirəcək
- BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək