Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
President.az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır.
Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpa olunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq.
"Əsrin müqaviləsi" bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur.
Bugünkü telefon danışığımız zamanı qeyd etdiyim kimi, Amerika Birləşmiş Ştatları əməkdaşlığımızı genişləndirmək və qlobal enerji keçidi və Azərbaycanın enerji gündəliyi daxil olmaqla, müxtəlif vacib məsələlər üzrə birgə çalışmağa hazırdır".
"Antoni Blinken" teqi üzrə xəbərlər
- Blinken İsrail-Fələstin münaqişəsi barədə: "Müharibəni bitirmək vaxtı gəlib"
- Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
- Antoni Blinken: "İsrailin İrana cavab zərbəsi gərginliyə səbəb olmamalıdır"
- BMT-nin tədbirini qaralamaq cəhdləri: COP29-la Azərbaycana təzyiqlər
- Öldürülən HƏMAS və "Hizbullah" başçıları - Yeni İran, yeni İsrail, yeni Yaxın Şərqə doğru