Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Əziz Seyidov təqaüdə göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və Ali Məhkəmədə səmərəli fəaliyyətindən danışaraq ona uğurlar arzu edib.
Ə.Seyidova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.