“Kaş bu xəbər yalan olardı”.
Oxu.Az xəbər verir ki, bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevlə vida mərasimi zamanı aktrisa Sonaxanım Əliyeva deyib.
Onun sözlərinə görə, Oqtay Əliyevin ürəyində hər hansı bir problem olmayıb:
“Sonuncu dəfə serial çəkilişində idik. Dilarə həmişə deyirdi ki, mən onsuz yaşaya bilmərəm. O, mənim arxam, dayağım idi. Xoşbəxtlik sükutu sevir. Danışdıqları sanki gözə gəldi. Hər şey bir anda baş verdi”.
S.Əliyeva qeyd edib ki, dəyərli sənətkarları itirə-itirə gedirik:
“Dünən Dilarəni təcili yardımda gördüm, şokda idi. Dedi ki, “Sona, gördün də nə oldu?”, dedim ki, “gördüm”. Kaş görməz olardım, kaş bu xəbər yalan olardı. Çox təəssüf, illərdir tanıyırdım. İlk işində rol almışdım. Çox heyif ki, inciləri itirə-itirə gedirik. Cavan idi, çox heyif. Məkanı cənnət olsun. Yaxınlarına səbir diləyirəm”.
Sonaxanım Əliyeva: “Dilarə şok vəziyyətindədir” - VİDEO
Nəzrin Vahid
Rəylər