“Heç zaman arzum olmayıb ki, doğum günümə Aygün Kazımovanı və ya Röya Ayxanı çağırım”.
Bu sözləri müğənni Şəbnəm Tovuzlu ARB TV-də yayımlanan “Həmin Zaur” verilişində qonaq olarkən bildirib.
“Aygün Kazımovanı və Röya Ayxanı arzu etsən, gələcəklər ki?” - deyə sual verən aparıcı Zaur Kamala isə Şəbnəm belə cavab verib:
“İstəsəm, xahiş etsəm, gələrlər. Sənət dostu kimi onları qonaq çağırmanın başqa yolu da var. Münasib qiymətə çağırsam, gəlib çıxış edərlər məclisimdə. Röya xanımı çox istəyirəm. Gəlmək üçün ona 20 min manat da verərəm”.
Daha sonra Tovuzlu qızının toyunda Sibel Canın çıxış etməsinin ən böyük arzusu olduğunu vurğulayaraq: “Lazım gəlsə, 100 min də verməyə hazıram”, - deyə əlavə edib.
Ətraflı süjetdə:
“Heç zaman arzum olmayıb ki, doğum günümə Aygün Kazımovanı və ya Röya Ayxanı çağırım”. Bu sözləri müğənni Şəbnəm Tovuzlu ARB TV-də yayımlanan “Həmin Zaur” veril...
Rəylər