Daha çox "Lizzo" kimi tanınan məşhur amerikalı reper Melissa Vivian Cefferson 50 kiloqram arıqlamağının səbəbini dərman preparatında görənlərə cavab verib.
Oxu.Az-ın verdiyi məlumata görə, o, ittihamları özünün "Instagram" hesabından şərh edib.
36 yaşlı ifaçı videoda bir pərəstişkarından gələn mesajın ekran görüntüsünü paylaşıb. Pərəstişkarı iddia edirdi ki, o, "Ozempic" adlı preparat vasitəsilə arıqlaya bilib.
İfaçı onu təkzib edərək idman və pəhrizlə arıqladığını bildirib.
"Beş ay güc məşqləri və kalori defisitindən sonra nəhayət "Ozempic" haqqında ittihamlar alırsınız", - deyə "Lizzo" təəssüfünü bildirib.
O, həmçinin məşqindən görüntülərini paylaşıb.
Daha çox "Lizzo" kimi tanınan məşhur amerikalı reper Melissa Vivian Cefferson 50 kiloqram arıqlamağının səbəbini dərman preparatında görənlərə cavab verib.
Rəylər