Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Reper Ar Kellinin 8 yaşından təcavüz etdiyi qızı: "Atam yanıma gələndə özümü yatmışlığa vururdum"
Amerikalı müğənni Ar Kellinin qızı Buku Abi atasının cinsi zorakılığına məruz qaldığını bildirib.
Oxu.Az-ın "The Rolling Stone"a istinadla verdiyi məlumata görə, həqiqət "Karma: Qız övladının səyahəti" adlı sənədli serialda üzə çıxıb.
Filmdə ifaçının qızı Buku Abi (əsl adı Coan Kelli) xatirələrini bölüşüb. O etiraf edib ki, atası ona səkkiz, ya doqquz yaşında olarkən təcavüzə başlayıb. Qızın sözlərinə görə, gecə yarısı atasının toxunuşlarından oyanırdı.
"Nə edəcəyimi bilmirdim, buna görə də sadəcə uzanıb yatmış kimi davranırdım. Kiməsə deməyə çox qorxurdum", - deyə Buku xatırlayıb.
"O, mənim hər şeyim idi. Uzun müddət hətta bunun baş verdiyinə inanmaq istəmirdim", - deyə Buku Abi əlavə edib. O, hətta öz anasına da zorakılıq haqqında danışmadığını qeyd edib.
Buku Abi ilk dəfə 10 yaşında olarkən anasına Ar Kellinin gecələr ona toxunduğunu söyləməyə cəsarət edib.
"Bu millisaniyə bütün həyatımı və kim olduğumu tamamilə dəyişdi", - deyə qız hisslərini bölüşüb.
O izah etdi ki, anası ilə söhbətdən sonra nə o, nə də qardaşı və bacısı bir daha atalarının evinə getməyiblər (atası ilə anası boşanmışdı). Qadın daha əvvəl polisə şikayət edib. O zaman musiqiçi cəzadan yayınıb: ona qarşı ittiham irəli sürmək üçün kifayət qədər sübut olmayıb.
"İndiyədək də bunun əziyyətini çəkirəm", - deyə Buku Abi etiraf edib.
Müğənninin vəkili Cennifer Bonjan Buku Abinin ittihamlarını etibarsız hesab edir. O qeyd edib ki, serialın yaradıcıları bu təhqiredici iddiaları təkzib etmək üçün Ar Kelli ilə əlaqə saxlamayıblar.
Bonjan Kellinin keçmiş həyat yoldaşının illər əvvəl müğənniyə qarşı eyni ittihamı irəli sürdüyünü təsdiqləyib və bildirib ki, bundan sonra İllinoys ştatının Uşaq və Ailə İşləri Departamenti araşdırma aparıb və onun iddialarını əsassız hesab edib.
Xatırladaq ki, 2000-ci illərin əvvəllərində Ar Kelli yeniyetmələrlə cinsi əlaqədə ittiham olunan bir neçə işdən xilas ola bilib. 2008-ci ildə musiqiçi İllinoysda uşaq pornoqrafiyasının yayılmasında ittiham olunaraq məhkəmə qarşısına çıxsa da bəraət alıb. Ancaq üçüncü dəfə ittihamlardan canını qurtara bilmir: 2022-ci ilin iyununda məhkəmə Ar Kellini cinsi istismar məqsədilə insan alverinə görə 30 il azadlıqdan məhrum edib.