Aktyor və kaskadyor Artur Beryozin Keyptaunda (CAR) uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.
Oxu.Az aif.ru-ya istinadən xəbər verir ki, bu barədə onun dostu Stas Balakin məlumat verib.
"Artur uzun sürən xəstəlikdən sonra Keyptaundakı xəstəxanalardan birində vəfat edib. O, Cənubi Afrikanı ikinci vətəni hesab edib və orada da dəfn olunacaq", - Balakin bildirib.
Qeyd olunur ki, Beryozin 2024-cü il oktyabrın 29-da vəfat edib, lakin bu, yalnız indi məlum olub.
Aktyor və kaskadyor kimi Beryozin 1981-ci ildə kinoda debüt edib. O, rejissor Yuli Qusmanın "Qorxma, mən səninləyəm" adlı filmində məhbus obrazını canlandırıb. Onun ortaqları Lev Durov, Polad Bülbüloğlu, Sergey Yurski və başqaları olub.
Rəylər