“Çox dərinə getməmişəm. Gəlinimi çağırdım görüşə və bütün mənfilərimi ona danışdım. Biz axı təkcə müsbətdən ibarət deyilik ki? Sonda isə ona - “sən bizim kimi bir ailədə yaşaya bilərsən?”, - sualını verdim. Bir sözlə, gəlinimi qorxutdum. Ona görə etdim ki, görüm, nə qədər önümdə dura biləcək. O, sənin önündə ağıllı və müdrik davransa, sabah çətinlikləri aşa biləcək”.
Bizim.media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.
Oğlu Nurlanın elçiliyindən söz açan sənətçi bildirib ki, evlilik mövzusundan həm övladı, həm də gəlini Nuranə üzünü ağ edib:
Elçi gedəndə də qız evinə dedim ki, bura oğlumu tərifləməyə gəlməmişəm. Oğlum anası üçün yaxşı övladdır. Amma mən bilmirəm o, sənin qızına necə ər olacaq. Çünki onu heç kimin əri statusunda görməmişəm. Sizə yalandan söz verə bilmərəm, oğlum sənin qızını başında gəzdirəcək, qızın dünya qayğısından azad olacaq. Necə olacağını bilmirəm. Bəri başdan bunları söylədim. Şükür Allaha ki, oğlum Nurlan üzümü ağartdı. Elə gəlinim də”.
Qeyd edək ki, fevralın 13-də Nazilə Səfərli ilk dəfə nənə olub. Nurlan və Nuranə cütlüyünün oğlan övladı dünyaya gəlib.
Rəylər