Məsumə Məmmədovanın (Damla) prodüseri müğənninin İranın Ərdəbil şəhərində konsert verdiyi salonun yerli prokurorluq tərəfindən möhürlənməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə Oxu.Az-a danışan Şamil İbrahimov bildirib ki, müğənni Ərdəbilə konsert üçün yox, toy məclisində iştirak etmək üçün gedib:
"Ərdəbilə konsert verməyə getməmişdik. Açıq havada toy mərasimi keçirilirdi. Orada iştirak etdik. Damla xanım hicabda olub. Hava Limanından çıxdıqdan sonra hicabsız olub. Yayılan məlumatlar yanlışdır. Biz orada heç bir problem yaşamadıq. Qayda pozuntusuna da yol verilməyib".
Ş.İbrahimov hazırda Məsumə Məmmədovanın Bakıda olduğunu vurğulayıb:
"Damla xanım Bakıdadır. Hər şey qaydasındadır".
Nəzrin Vahid
Azərbaycanın tanınan müğənnisi Damlanın (Məsumə Məmmədova - red.) İranın Ərdəbil şəhərində konsert verdiyi salon yerli prokurorluq tərəfindən möhürlənib.
Məlumata görə, Ərdəbil prokurorluğu bunu qanunsuz mərasim keçirmək və qaydaları pozmaqla əlaqələndirib.
Yayılan videogörüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub.
Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.
Azərbaycanın tanınan müğənnisi Damlanın (Məsumə Məmmədova - red.) İranın Ərdəbil şəhərində konsert verdiyi salon yerli prokurorluq tərəfindən möhürlənib.
Mənbə: ir.voanews
Rəylər