Amerikalı müğənni Jared Leto səsyazma studiyasına 2.7 milyon dollar (4.59 milyon manat) borcludur.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Jared Leto və qardaşı Shannon səsyazma şirkətinə borcludurlar və indi 2.7 milyon dollar ödəməli olacaqlar.
"Biz "A Beautiful Lie" albomunun bir milyon nüsxəsini satdıq, amma bildik ki, nəinki bir sent belə pul almayacağıq, həm də milyonlarla dollar borcumuz var", - Leto bildirib.
Daha sonra onlar yenidən məhkəməyə veriliblər. Müqavilənin pozulması iddiasına görə artıq 30 milyon dollarlıq iddia qaldırılıb.
Rəylər