“Oqtayın ciddi xəstəliyi yox idi”.
Oxu.Az xəbər verir ki, bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevlə vida mərasimi zamanı müğənni Manaf Ağayev deyib.
Onun sözlərinə görə, sonuncu dəfə Oqtay Əliyev ilə Tünzalə Əliyevanın vida mərasimində bir arada olublar:
“Xəstəliyi yox idi, səhhətindən şikayətlənmirdi. Çox dəyərli insan idi. Sonuncu dəfə Tünzalə Əliyevanın yas mərasimində bir yerdə idik, düz 58 gün keçib. Ürəyində tromb olub, müalicə almayıb. Burada eşitdim ki, ürəyində problem olub”.
Nəzrin Vahid
Rəylər