Müğənni Manaf Ağayev sosial şəbəkələrdə yayılan videosuna aydınlıq gətirib.
Olay.az yazır ki, o, Şamaxı toyunda cibinə “şabaş”lar qoyulmasını tənqid edənlərə cavab verib:
“Haqqımda xoşagəlməz sözlər yazdılar. Guya mən kiminsə cibinə girmişəm. Ay şərəfsiz, o, kasıbdır. Verdiyi isə 20 manata ehtiyacım yoxdur. Amma onun ürəyi o qədər istəyir ki, gətirir, o pulu cibimə qoyur. Ay bədbəxt, mən “paçka”larla pul görmüşəm. Başıma o qədər pul yağdıran olub ki... 40 ildir ki, bu meydanda, sənətdəyəm. Yazmaqdan, deməkdən ki, “halal olsun, o boyda toyu mikrofonsuz idarə etmisən”.
Özünüz də gördünüz ki, mən heç baxmırdım ki, kim, nə qədər mənim cibimə pul qoyur. Çünki həmin an oxuyurdum. O da böyük pul deyil ki... Rayon yeridir, kasıb insanlardır. Ay bədbəxtlər, axı sizi yandıran nədir? Həmin adamlar isə tanıdığım sənət adamları və sosial şəbəkə izləyiciləridir”.
Müğənni Manaf Ağayev sosial şəbəkələrdə yayılan videosuna aydınlıq gətirib.Olay.az yazır ki, o, Şamaxı toyunda cibinə “şabaş”lar qoyulmasını tənqid edənlərə cav...
Rəylər