Türkiyəli məşhur müğənni Emrahın (Küçük Emrah) Bakı konserti ləğv olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tanınmış müğənni sabah Bakıda restoranların birində sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edəcəkdi. Lakin son anda yaranan bəzi problemlər səbəbindən sənətçinin Bakı səfəri baş tutmayıb.
Konsert proqramının yay aylarında yenidən təşkili düşünülür.
Qeyd edək ki, sənətçini sevənlər məyus olublar. Öncədən etdikləri rezervasiyalarını ləğv etdiriblər.
Nəzrin Vahid
Rəylər