"Biznesim var idi. Koronavirus mane oldu. O qədər də böyük zərər olmadı. Yeni biznes üçün məqam gözləyirəm".
Bu fikirləri müğənni Elariz Məmmədoğlu moderator.az-a açıqlamasında deyib.
O, gələcək biznesindən danışıb.
"Hələ nə olacağı sirdir. ABŞ-də hər bir işə tələbat var. Burada sahibkar, yaxud da adi işçi olmağın heç bir fərqi yoxdur. Əsas pul qazanmaqdır. Qazancım haqda soruşurlar, amma bu barədə heç bir açıqlama vermək istəmirəm", - deyə müğənni bildirib. Müğənni ABŞ-də dil öyrəndiyini də bildirib.
"Hər kəs ingilis dilini bilməlidir. Rus dili ingilis dilindən 20 dəfə çətindir. Mən də ingilislərin məktəbinə gedib dili mənimsədim. Şükür ki, nəticəsi oldu", - deyə o bildirib.
"ABŞ-də müğənni olmaq yaxşıdır, yoxsa Azərbaycanda?" sualına müğənni belə cavab verib:
"Mən Azərbaycan türküyəm və Azərbaycanda oxumaq mənim üçün daha maraqlıdır. Çünki Azərbaycanı sevirəm".
Rəylər