Hollivudun əfsanəvi siması Sara Cessika Parker küçə geyimi ilə təəccüb yaradıb.
“Takvim” xəbər verir ki, daima şıq geyimi ilə göz qamaşdıran Parker pandemiya müddətində tərzini dəyişib.
2000-ci ildə “The MTV Movie & TV Awards”da 15 dəfə geyim dəyişdirən, 2008-ci ildə “Sex and City” filmi üçün 81 kostyum istifadə edən Parker son geyimi ilə hər kəsi şoka salıb.
Kürk geyinən ulduz mavi paltarı ilə qırmızı taytı uyğunlaşdırıb. Onun bu seçimi türkiyəli müğənni Yıldız Tilbənin stilini xatırladıb.
Sosial şəbəkələrdə “Perker özünü Yıldıza bənzədib”, “Ulduzlar da axar” kimi zarafatlar ediblər.
Bununla yanaşı məşhur müğənni Rihannanın da son geyimi moda həvəskarlarına məyus edib. Bir müddət öz moda markasını yaradan və sonra da bağlamaq məcburiyyətində qalan məşhurun şişirdilmiş tərzi türkiyəli müğənni Bülent Ersoyu yada salıb.
Rəylər