“Avroviziya 2024”lə bağlı bukmeykerlər fikirlərini bölüşməyə davam edirlər.
Oxu.Az xəbər verir ki, “Eurovisionworld.com” saytında dərc olunan növbəti proqnozlara görə, ilk sırada bu dəfə Xorvatiya qərarlaşıb. İkici yerdə isə Ukrayna öz yerini möhkəmləndirməyə davam edir.
İlk beşlikdə isə İtaliya, İsveçrə, Niderland kimi ölkələr var.
Azərbaycan isə bukmeykerlər fikirlərinə görə 17-ci yerdə qərarlaşacaq.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar yeddi və doqquz may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.
Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək.
O, səhnəni müğənni İlkin Dövlətovla bölüşəcək. İlkin beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnıda yer alan muğam hissəsini oxuyacaq.
Rəylər