Müğənni Beyons ötən yay “Renaissance” albomunun işıq üzü görməsilə əlaqədar eyniadlı dünya turnesinə çıxacağını açıqlayıb.
Müvafiq bəyanatı sənətçi öz “Instagram” səhifəsində dərc edib.
Məlumata görə, mayın 10-dan sentyabrın 27-dək davam edəcək qastrol səfəri çərçivəsində müğənni İsveç, Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Niderland, Polşa və ABŞ-nin bir sıra şəhərlərinə səfər edəcək.
Qeyd edək ki, ifaçı sonuncu dəfə 2016-cı ildə altıncı studiya albomu “Lemonade”ə dəstək olaraq dünya turnesinə çıxıb.
Xatırladaq ki, Beyons 41 yaşındadır və qadınlar arasında ən çox “Qremmi” mükafatı alan sənət adamıdır.
Посмотреть эту публикацию в InstagramƏn çox oxunanlar"Almaniya" teqi üzrə xəbərlər
- “Qarabağ”ın baş məşqçisi: “Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik”
- “Qarabağ” əzmkar mübarizədə “Bayer”ə məğlub oldu - YENİLƏNİB + VİDEO
- Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH + FOTO
- Toni Kroos Almaniya millisinə qayıtdı
- Vu Honqbo: “Parçalalanmış dünyanı bərpa etməyin ən uyğun yolu bütün dünya insanlarının birləşməsidir”
Digər xəbərlər
Rəylər