Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı müğənniyə görə Rusiya şəhərində yollar bağlanacaq - FOTO
Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı, Jony ləqəbi ilə tanınan Cahid Hüseynlinin Nijni-Novqorod şəhərində konserti olacaq.
Bu barədə ifaçının sosial şəbəkə hesabında xəbər verilib.
Noyabrın 19-a təyin olunan tədbirə biletlərin qiyməti 2600-5000 rubl arasında dəyişir (təqribən 72-135 manat).
O da vurğulanıb ki, Nijni Novqorod şəhər administrasiyası həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Cahid Hüseynli Rusiyanın ən sevilən və şou tədbirlərinin ən tələb olunan sənətçilərindən biridir. Onun 2019-cu ildə buraxılan “Nebesnıye rozı” albomu “Apple Music” çartında birinci yeri tutub. “Kometa” treki isə Rusiyada 2020-ci ilin ən populyar treki olub.
Jony həmçinin “Novoye Radio Awards” və “Jara Music Awards” versiyalarına görə 2021-ci ildə “Ölkənin ən yaxşı artisti” və “İlin müğənnisi” seçilib.
"Jony" teqi üzrə xəbərlər
- Natia Riqvava və Jonydən "Bakı küçələrində" adlı yeni duet
- Azərbaycanlı müğənni Messi ilə bir arada - FOTO
- Azərbaycan əsilli sənətçi Rusiyada “İlin müğənnisi” seçildi - VİDEO
- Azərbaycanda 2022-ci ildə ən çox dinlənilən mahnılar hansılardır?
- Rusiyada məşhur olan azərbaycanlı müğənnilər hər konsertdən nə qədər qazanırlar?
Rəylər