Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DSX COP29-a necə hazırlaşıb? - MEDİATUR
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında media nümayəndələrinin iştirakı ilə mediatur keçirilib.
Oxu.Az xəbər verir ki, mediatur DSX-nin tabeliyində olan beş komandanlığın tarixi və gördüyü işlər barədə məlumatı ictimaiyyətə çatdırmaq, fəaliyyətinin müxtəlif aspektlərini jurnalistlərlə bölüşmək məqsədilə keçirilib.
Mediatur ərəfəsində Sərhəd Nəzarəti Komandanlığının rəisi general-leytenant Elşən Verdiyev komandanlığın tarixi və gördüyü işlər barədə məlumatları jurnalistlərlə bölüşüb.
O bildirib ki, vətəndaş məmnuniyyətinin təmin edilməsi və problemlərin vaxtında müəyyən edilərək aradan qaldırılması istiqamətində yaradılmış "qaynar xətt"ə indiyədək 100 000-dən çox müraciət daxil olub, bu müraciətlər operativ şəkildə cavablandırılıb.
Rəisin çıxışından sonra Dövlət Sərhəd Xidmətinin tarixi, gördüyü işlər və əldə etdiyi nailiyyətləri özündə əks etdirən videoçarx təqdim olunub.
Mediatur çərçivəsində media nümayəndələri və hərbi ekspertlər Sərhəd Nəzarəti Komandanlığının sənədlərdə saxtakarlığın aşkar edilməsi üçün səyyar təlim qurğusu, səyyar radiasiya aşkarlama avadanlığı, Sərhəd Nəzarətinin videomüşahidə və "qaynar xətt" mərkəzi, Sərhəd Nəzarətinin nəzdində kurslara cəlb olunmuş heyət üçün tədris sinifləri, xidməti və istirahət otaqları, konfrans və idman zalları, yeməkxana, Sərhəd Nəzarətinin Heydər Əliyev Beynəlxalq Aeroportundakı əməkdaşlarının iş fəaliyyəti ilə tanış olublar.
Daha sonra komandanlığın kapitanı Hüseyn Qənbərli dövlət sərhədində narkotik vasitələrin və partlayıcı maddələrin aşkar olunması üçün xüsusi hazırlanmış xidməti itlər barədə məlumat verib.
Sərhəd Xidməti hərbçisi tərəfindən "Çaki" ləqəbli itin narkotik vasitəni axtarıb tapma prosesi əyani nümayiş olunub.
Mayor Nicat Cahidzadə isə Sərhəd Nəzarətinin Komandanlığının COP29 beynəlxalq konfransına hazırlığı və görülən işlər barədə məlumatı jurnalistlərlə bölüşüb:
"Sərhəd Nəzarətinin hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş çərçivədə qısa zamanda sənədləri yoxlayaraq, rəsmiləşdirməni COP29 vizası ilə gələn əcnəbi vətəndaşlar üçün 45 saniyə, Azərbaycan vətəndaşları üçün 30 saniyə müddətində bitirərək, dövlət sərhədindən buraxılmalarını təmin edəcəklər".
Daha sonra media nümayəndələri və mediatur iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda vətəndaşların qəbulu prosesi ilə tanış olub, Sərhəd Nəzarəti Komandanlığının gördüyü işlər barədə məlumat alıb, əməkdaşların iş prosesini izləyiblər.
Sonda xatirə fotosu çəkdirilib.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- DSX hərbçilərinin xidmət apardığı Subsaksiz yüksəkliyindən FOTOREPORTAJ
- Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
- Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər
- Qazaxın işğaldan azad olunan yeni kəndləri kameralar vasitəsilə müşahidə olunur
- DSX generalı: "Son 7 ildə dəyəri 162 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb"