Planetin ən zəngin adamları siyahısında ilk onluqda olan Mukeş Ambaninin oğlu Anant Ambani və nəhəng əczaçılıq şirkəti “Encore Healthcare”in baş direktorunun qızı Radhika Merçant üçün planlaşdırılan evlilik təyin olunan tarixə beş ay qalmış qeyd olunmağa başlanıb.
Amma artıq mərasim dünya ulduzlarının ən dəbdəbəli toylarını arxada qoyub.
Üç günlük şənliyə Hillari Klinton, Bill Qeyts, Mark Zukerberq, İvanka Tramp və digər məşhurlar da daxil olmaqla 1 200 nəfər dəvət olunub. Rihanna başda olmaqla dünya ulduzları qonaqlar qarşısında çıxış edəcəklər.
Tədbirə qatılanlara məşhur aşpazlardan 2 500 növ yemək təqdim olunacaq. Bundan başqa, qonaqlara geyim tərzini əks etdirən doqquz səhifəlik təlimat verilib.
Mənbələrin məlumatına görə, ailə bu tədbir üçün 151,6 milyon dollar (257,8 milyon manat) xərc nəzərdə tutub.
Maraqlıdır ki, planlaşdırılan mərasim hələ toyaqədərki məclisdir, toyun özü iyul ayında baş tutacaq.
Qeyd edək ki, Anantın atası Mukeş Ambaninin sərvəti 111 milyard dollar həcmində qiymətləndirilir. O, “Forbes”un milyarderlər siyahısında doqquzuncu sırada qərarlaşıb.
Planetin ən zəngin adamları siyahısında ilk onluqda olan Mukeş Ambaninin oğlu Anant Ambani və nəhəng əczaçılıq şirkəti “Encore Healthcare”in baş direktorunun qı...
Mənbə: News.ru
Rəylər